"Rusiya bilirdi ki, Türkiyənin hava məkanını pozmaq olmaz "

  • DÜNYA

Rusiya bilirdi ki, Türkiyənin hava məkanının pozulması yolverilməzdir.
Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

O xatırladıb ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarələri bu ilin oktyabrında Türkiyənin hava məkanını pozduqdan sonra Ankara belə halların təkrarlanacağı təqdirdə, hava məkanını pozan təyyarələri vuracağı barədə xəbərdarlıq etmişdi: "Heç kəsin Türkiyənin hava məkanını pozmaq haqqı yoxdur. Türkiyənin hava məkanının pozulması ölkənin milli maraqlarına təhdid kimi qiymətləndirilir".

Ə.Davudoğlu qeyd edib ki, Ankara Rusiya ilə münasibətləri korlamaq istəmir və dialoq üçün bütün diplomatik kanallar açıqdır.

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR