Rusiya Azərbaycana qaz tədarükün artırır

Rusiya Azərbaycana qaz tədarükün artırır

SOCAR prezidenti Rövnəq Abdullayevin Rusiyanın Sankt-Peterburq şəhərində “Qazprom” şirkətinin İdarə Heyətinin rəhbəri Aleksey Miller ilə işgüzar görüşü baş tutub.

Bu barədə “APA-Economics” “Qazprom” şirkətinə istinadən məlumat verib.

Məlumata görə, görüşdə qaz sahəsində iki tərəfli əməkdaşlığın hazırkı durumu müzakirə olunub. Müzakirələrdə əsas diqqət Rusiya qazının Azərbaycana ixracı məsələsinə yönəlib.

Xüsusilə, ölkədə təbii qaz istehlakında artım perspektivləri nəzərə alınmaqla tədarükün artırılması imkanları nəzərdən keçirilib.

Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR