Rusiya Azərbaycana 1,8 milyard dollar yatırıb

Rusiya Azərbaycana 1,8 milyard dollar yatırıb

“Daha 200 milyon dollar qeyri-neft sektoruna yatırılıb”.

Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 1,8 milyard dollar yatırıb. 

Bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib.

Onun sözlərinə görə, son illərdə Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 1,8 milyard dollar yatırıblar, onun 1,6 milyard dolları neft-qaz sektorunun payına düşür.

“Daha 200 milyon dollar qeyri-neft sektoruna yatırılıb, indi isə bizim iqtisadi münasibətlərimizin diversifikasiyası üzrə fəal iş gedir, bu isə hər iki ölkə üçün prioritetdir.

Rusiya iqtisadiyyatın diversifikasiyası məsələləri üzrə böyük təcrübəyə malikdir, Azərbaycan da bu yoldadır. Son illərdə ikitərəfli münasibətlərdə neft sektorunun inkişafı 9-10%-dən ibarət olub”, - Məmmədov bildirib.\oxuaz

Aktual.az

Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR