Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə aidiyyəti nazirlik və dövlət idarələrinin nümayəndələri, biznes qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılacaqlar.

Yığıncaqda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.

Forum çərçivəsində müxtəlif mövzularda "dəyirmi masa"lar təşkil olunacaq.

Səfər sentyabrın 30-da başa çatacaq.\trend

Aktual.az

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR