Rusiya Avropa ilə ticarətdə dollardan imtina etmək istəyir

Rusiya Avropa ilə ticarətdə dollardan imtina etmək istəyir
  • DÜNYA

Avropanın neft məhsulları və müxtəlif mallar üçün ödənişlər də daxil olmaqla öz avro-SWIFT sistemini quracağı ilə bağlı inkişafları yaxından izləyirik. Biz də belə bir təşəbbüsdə iştirak etməyə hazırıq.

Aktual.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov "Rossiya 24” telekanalına müsahibəsində deyib. Nazir Avropanın Rusiya ilə ticarətdə dollardan imtina etmək istədiyini bildirib.
A.Siluanov ABŞ-ın dövlət və maliyyə qurumlarının dollardan istifadə ilə əlaqədar məhdudiyyətləri səbəbindən ölkələrin həll axtarışını davam etdirdiyini deyib: "ABŞ-ın bu siyasəti ilə əlaqədar Avropa şirkətləri də dollardan istifadəni azaltmaq istəyir. Bunlar həmişə ikitərəfli həllərdir. Buna görə də şəriklərimizlə birgə çalışacağıq”.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR