Roza Zərgərli Vaqif Əsədova zəng edib - Görün nə deyib

Roza Zərgərli Vaqif Əsədova zəng edib   - Görün nə deyib

Roza Zərgərlinin xahiş üçün kiməsə zəng edərək telefonu mənə verməsi reallığı əks etdirmir.

Aktual.az bildirir ki. bu sözləri axar.az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O, 8 mart - Beynəlxalq Qadınlar Günündə keçirilən reydlə bağlı mətbuatda yayılmış yanlış informasiyalara aydınlıq gətirib:

"Roza xanımın xahişi üçün kiməsə zəng edib, telefonu mənə verməsi barədə yayılan xəbərlər yanlışdır. Həmin anda biz telefonla 103 FM radiosunda canlı bağlantıda idik. Təxminən 6 dəqiqəyə yaxın canlı bağlantı davam etdi. Bu arada jurnalistlər şəkillər çəkib yanlış informasiya sızdırıblar. Ancaq bu, həqiqəti əks etdirmir, bunu Roza xanım da təsdiq edə bilər".

Mediada yayılan xəbərlərdə bildirilir ki, tanınmış sənətçi Roza Zərgərli yol polisinin onu cərimələyəcəyini düşünərək, kiməsə xahiş üçün zəng edib və telefonu polkovnik Vaqif Əsədova verib.

Qeyd edək ki, dünən Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən qadın sürücülərə sürpriz edilib. Yol polisi tərəfindən saxlanılan qadın sürücülərə gül və müxtəlif hədiyyələr təqdim edilib. Polislərin sürprizi ilə qarşılaşanlar içərisində Roza Zərgərli də var.

// Aktual.az

Xəbər 18505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR