Robot-quşlar aeroportda növbətçi olacaq

Robot-quşlar aeroportda növbətçi olacaq

Əksər böyük aeroportlar hava hərəkətinin təhlükəsizliyi üçün ciddi təhlükə törədən lələklilər kimi "çağırılmamış qonaqlar"dan əziyyət çəkir

Əvvəllər bunun üçün səsli və ya lazer qurğularından istifadə olunurdu. Bir sıra hava limanlarında arzuolunmaz heyvanların ürküdülməsi üçün ovçu quşlardan ibarət "şahin quş dəstələri" saxlanılır. Kanadanın Edmonton Aeroportunda isə bu işi robotlaşdırılmış şahin yerinə yetirməyə başlayıb.

AZƏRTAC "Belta" resursuna istinadən xəbər verir ki, "Robird" adlanan robot Niderland mütəxəssisləri tərəfindən hazırlanıb. Forma, rəng, hərəkət və uçuş xüsusiyyətlərinə görə robotlaşdırılmış şahin heç də həqiqi quşdan fərqlənmir. Vəhşi quşlar robotu canlı quş və ac yırtıcı kimi qəbul edərək onun olduğu yerdən uzaqlaşmağa çalışırlar.

Məlumata görə, saatda 80 kilometr sürət toplayan robot-quş uzaq məsafədən avadanlıq vasitəsilə idarə olunur. Hazırda robot-quş aeroportda növbətçilik etsə də, onun tətbiqedilmə sahəsi hava məkanının mühafizəsi ilə məhdudlaşmayacaq.

Bu texnologiyanın tətbiqi üçün vacib sahələrdən biri də kənd təsərrüfatı hesab olunur. Mütəxəssislər tezliklə səmada robotlaşdırılmış şahinlər dəstəsinin görünəcəyini istisna etmirlər.
 
Aktual.az
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR