Rəşad Sadıqov xərçəng olan futbolçu üçün pul topladı

Rəşad Sadıqov xərçəng olan futbolçu üçün pul topladı
  • İDMAN

Dəmiryolunda gediş haqqlarının artırılması ilə Xəbər verdiyimiz kimi, ötən ilin yayında "Neftçala"dan AZAL-a keçən Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb.


Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin sağ əlinin dirsək nahiyəsində şiş yaranıb. İki aydır, ağrılar hiss edən futbolçu Onkoloji Dispanserdə müayinədən keçib.

R.Musayev hazırda ev şəraitində müalicə olunur. Bir müddət belə davam edəcək. O, artıq iki kimyaterapiyaya məruz qalıb. Nə vaxt yaşıl meydanlara dönəcəyi hələ naməlumdur. Həkimlər tələsməməyi məsləhət görürlər.

Sportinfo.az-ın məlumatına görə, AZAL futbolçusuna maliyyə yardımı edib. Sevindirici haldır ki, yardımsevərlərin siyahısı "təyyarəçilər"lə məhdudlaşmır. "Neftçi", "Qəbələ", "Qaradağ Lökbatan" və "Neftçala" aksiyaya qoşulublar. "Qarabağ" da dəstək kampaniyasından kənar qalmayıb.

Kapitan Rəşad Sadıqovun təşəbbüsü ilə Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndəriblər. Kapitan isə bundan əlavə, iki dəfə Rüfətə kömək əlini uzadıb.

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR