Real və Barselona Serxio Martineslə maraqlanır

Real və Barselona Serxio Martineslə maraqlanır
  • İDMAN

İspaniyanın "Barselona", "Real" və "Vilyarreal" klubları "Rasinq" (Santander) komandasında çıxış edən Serxio Martineslə maraqlanır.

Aktual.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Madrid və Kataloniya nəhəngi artıq qışdan gənc yarımmüdafiəçini izləyir. Lakin futbolçu həmin vaxt komandasından ayrılmaq istəməyib.

Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir. Sözləşmədə üç milyon avro müqabilində sərbəst qalma bəndi də var.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR