Trend-in məlumatına görə, tanınmış qələm sahibi "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.

1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.

R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasına böyük xidmət göstərib.