Ramiz Zeynalovun bacısıoğlu həbs olundu - Eldar Mahmudova görə

Ramiz Zeynalovun bacısıoğlu həbs olundu   - Eldar Mahmudova görə

Yaşar Səfərov çirkli pulların yuyulmasında ittiham olunur

Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində əməliyyat keçiriblər.

Aktual.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, xüsusi əməliyyat zamanı şöbənin rəhbəri Yaşar Səfərov həbs olunub. O, çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumatlara görə, Səfərovun həbsi Beynəlxalq Bankın sabiq rəisi Cahangir Hacıyevin törətdiyi cinayətlərin tərkib hissəsidir. O, Hacıyevin ən etibarlı kadrı olub, uzun müddət bankın Xaçmaz filialının müdiri olub "özünü doğruldandan" sonra isə Sankt-Peterburqa göndərilib.

Qeyd edək ki, Yaşar Səfərov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

// Aktual.az

Xəbər 2703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR