Qurban Qurbanovdan ŞOK QƏRAR

Qurban Qurbanovdan ŞOK QƏRAR

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.
Aktual.az "Sportinfo"ya istinadən xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.
Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.
UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.
Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.

Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR