Qorxulu bəla Bakıda davam edir "Dəli Səfər"in bandası yenə iş başında? - FOTO

Qorxulu bəla Bakıda davam edir

Bakıda avtomobillərə kütləvi od vurulması davam edir. Son günlər Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yandırılan avtomobillərə daha biri əlavə edilib. Ötən gecə Qaraçuxur qəsəbəsində "Dər" adlanan ərazidə növbəti bahalı maşın yandırılb. Qəsəbə sakinləri Milli.Az-a bildiriblər ki, BMW, Mitsubishi, Land Cruiser, Daewoo markalı avbtomobillərin ardından Mercedes ML markalı maşına od vurulub. Maşın tamamilə yanıb. 

Qeyd edək ki, Milli.Az bir neçə gün əvvəl Qaraçuxur ərazisində 5 maşının yandırılması ilə bağlı məlumat yaymışdı. "Dostluq" market, "JEK binası" adlanan ərazi və "P" şəkilli binalar ətrafında müəmmalı şəkildə avtomobillər yandırılırdı.

Elə həmin xəbərin ardından polisin maşınlara od vuran "Dəli Səfər" ləğəbli Səfər Mahmudovu həbs etdi. Kriminal aləmdə "Dəli Səfər" adı ilə məşhur olan həmin şəxs dindirilmə zamanı "niyə maşınları yandırırdın?" sualına "yaxşı geyimli avtomobil sahiblərini gördükdə kin və paxıllıq hissi keçirirəm. Ona görə də onlara pislik etmək istəyirəm" cavabı polisləri təəcübləndirib.  

"Dəli Səfər"in həbsindən sonra yenidən avtomobillərin yandırılması göstərir ki, yanğınları törədən tək o deyil.

Məlumat üçün bildirək ki, avtomobillərin kütləvi və ya məqsədli şəkildə yandırılması yalnız Azərbaycanda olmur. Ötən ilin ortalarında Rusiyada maşınların yandırılması hüquq-mühafizə orqanlarının başağrısına çevrilmişdi.

Moskva Baş Daxili İşləri İdarəsinin rəisi müavini Vyaçeslav Qolovanov RİA Novosti-yə verdiyi müsahibəsində demişdi ki, 34 gün ərzində Rusiya paytaxtında 2 mindən artıq avtomobilə od vurulmuşdu.

Rusiya miqyasında isə on minlərlə maşın ötən il yandırılaraq külə çevrilmişdi.

Fransada Kriminogen Vəziyyətin Təhlili üzrə Milli Xidmətin (ONDRP) verdiyi açıqlamaya görə, ötən il ölkədə 43800 avtomobil yandırılıb.
Eyni situasiya Almaniyada da müşahidə olunub. Ötən ay Berlin polisi 124 avtomobilə od vurmuş dəstəni tutmuşdu.
Tagesspiegel bildirir ki, ilin əvvəlindən bəri, sadəcə, Berlin, Bonn və Münhen şəhərlərində 1250 avtomobilə od vurulub.
 

Bəs yaxşı, maşınları niyə yandırırlar?

Kriminalistlərin dediklərinə görə, bu, vandalizmin bir növüdür. Maşın həmişə əl altındadır. Vandal isə maşını cızmaq və ya onun hansısa detalını sındırmaqla yanaşı, yandırmağa da çalışır.

Bundan başqa, avtomobilin yandırılması qisas, xəbərdarlıq və ya borcun ödənməməsi ilə bağlı "mesaj" da sayıla bilər.
Və ən nəhayət, avtomobillərə od vuranlar arasında həddən az, kiçik qism psixi cəhətdən sağlam olmayan insanlardır.
Ümumiyyətlə isə maşınlara od vuranlara "avtopiroman"lar, belə hadisələrə "avtopiromaniya" deyilir.

Aktual.az

Xəbər 2142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR