Qorxma, biz səninləyik!

Qorxma, biz səninləyik!

Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb.


Ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etmək məqsədi daşıyan Uşaq Qaynar Xəttinə 2018-ci ilin yanvar-sentyabr aylarında 2568 müraciət daxil olub. Daxil olan zənglərin 27-si psixoloji, 45-i hüquqi, 240-ı təhsil (49 Dövlət İmtahan Mərkəzi, 166 Təhsil Nazirliyi, 25 bağça), 17-si səhiyyə, 14-ü sosial, 31-i isə digər sahələrə aid edilib. Məktəbdə müəllimləri, evdə valideynləri tərəfindən zorakılıqla üzləşən uşaqlar Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinə psixoloji reabilitasiya keçmək üçün yönləndirilib. Eyni zamanda, psixoloji problemləri olan, valideynlərinin ayrılmasından sarsıntı keçirən yeniyetmələrə kömək üçün Uşaq Hüquqları Klinikasına müraciət edilib. Hüquqi və sosial çətinliklər yaşayan uşaqların probleminin həlli istiqamətində rayon icra hakimiyyətlərinin nümayəndələri ilə görüşlər təşkil edilib. Digər tərəfdən daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.

Eyni zamanda, müraciət edənlər arasında şəxsiyyətlərarası münaqişələrdən əziyyət çəkənlər də çoxluq təşkil edir. Xidmət göstərdiyi 8 il ərzində "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub.

Nəzərinizə çatdıraq ki, qaynar xətt hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də "Azercell" nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti ([email protected]) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.

2017-ci ildə "Azercell" şirkətinin təşəbbüsü və dəstəyi ilə "qaynar xətt” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb.

Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda, yaxın ətraf rayonlarda (Goranboy, Şəmkir, Qazax, Ağstafa), Gəncə şəhərində yaşayan uşaqlara da xidmət göstərir.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "ASAN İmza" və s.

2012-ci ildə "Azercell" ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş edib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR