Qonşu ölkələr buna icazə vermədilər - Pezeşkian

Qonşu ölkələr buna icazə vermədilər - Pezeşkian
  • DÜNYA

Qonşularımızla münasibətlərimiz keçmişdəkindən daha yaxşıdır və qonşu ölkələr bizimlə çox yaxşı əməkdaşlıq edirlər.

Aktual.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Əslində, bu müharibədəki planlardan biri şimal-qərb və cənub-şərqdən iğtişaşlar və gərginlik yaratmaq idi. Onlar iddia edirdilər ki, insanlar bu tərəflərdən daxil olub iğtişaşlar yaradacaqlar.

Regional ölkələr özləri heç kimin bu istiqamətlərdən asanlıqla daxil olmasına və iğtişaşlar yaratmasına icazə vermirdilər. Bu, çox əhəmiyyətli bir məqamdır. Onlar nəinki bundan çəkindilər, həm də bizə kömək etdilər”, - o bildirib.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR