Qobustandakı ana ölümünün İLKİN SƏBƏBİ məlum oldu

Qobustandakı ana ölümünün İLKİN SƏBƏBİ məlum oldu

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1988-ci il təvəllüdlüZümrüd Günəşlinin ölümünə ilkin səbəbin doğuşdan sonra baş verən qanaxma olduğu ehtimal edilir. Ölümün daha dəqiq səbəbi isə tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq:
"Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb aydınlaşacaq".

S.Məmmədova Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşunun olduğunu da söyləyib.
 
Aktual.az
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR