Qlobal iqtisadi böhran: Azərbaycana təhlükə varmı?

Qlobal iqtisadi böhran:   Azərbaycana təhlükə varmı?

Fikrət Yusifov: “Kristin Leqardın fikirləri bir daha təsdiq etdi ki, dünya iqtisadiyyatı bu gün çox ciddi böhranla üz-üzə dayanıb” 

 “Oktyabrın 9-11-də Beynəlxalq Valyuta Fondunun(BVF) və Dünya Bankının illlik toplantısı ərəfəsində BVF-nun icraçı direktoru Kristin Leqardın dünya iqtisadiyyatının mövcud durumu və cari ilin üçün gözlənilən yekun göstəricilər barəsində səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, dünya iqtisadiyyatı çox ciddi böhranla üz-üzə qalıb”. 

Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov dünya maliyyə institutları tərəfindən qlobal iqtisadi böhranının ayrı-ayrı əlamətlərinə dair verdikləri bəyanatları şərh edərkən deyib.  İqtisadçı alim BVF-nun icraçı direktoru K.Leqardın son açıqlamasına münasibət bildirərkən qeyd edib ki, onun, “ABŞ-da faiz dərəcələrinin qaldırılması perspektivləri, Çində artım tempinin zəifləməsi, dünya ticarətində artım tenplərinin kəskin azalması, birjalarda qiymətlərin sürətlə aşağı düşməsi qlobal qeyri-müəyyənliyi daha da dərinləşdirir” deməsi, bir çox mətləblər barədə ciddi işarə kimi qəbul olunmalıdır.  Dünyanın 182 dövlətinin üzv olduğu  ən mötəbər maliyyə qurumunun başında dayanan peşəkar mütəxəssisin dünya iqtisadiyyatının mövcud durumuna verdiyi bu qiymətlə “iqtisadi böhran təkcə Azərbaycan və onun kimi bir neçə neft ölkəsini əhatə edir” deyən  “mütəxəsislər” də tanış olsalar, heç də pis olmaz. Bununla ən azı dünyada gedən iqtisadi proseslərə obyektiv qiymət verməyə bir qədər yaxınlaşa bilərlər”.

F.Yusifov qeyd edib ki, dünyanı bürümüş iqtisadi, maliyyə təlatümlərinin Azərbaycana ciddi təsirlər göstərib-göstərmədiyini müəyyən etmək üçün 2015-ci ilin 8 ayının yekunlarını xarakterizə edən bəzi makroiqtisadi və digər göstəricilərə nəzər salmaq kifayətdir:  “Azərbaycan iqtisadiyyatının mövcud durumunu belə xarakterizə etmək olar: - neft və qaz hasilatı sahəsindəki azalmalar istisna olmaqla, demək olar ki, qalan bütün sahələrdə keçən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunmuşdur. Cari ilin 8 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqaisədə Azərbaycanda Ümumi Daxili Məhsul həcmi 4,2%, qeyri neft sektorunda isə 7,3% artmışdır. Qeyri-neft sənaye sahəsində artım daha da yüksələrək 11,3%  təşkil etmişdir. 2015-ci ilin yanvar-avqust aylarında əsas kapitala 10550,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin muvafiq dovru ilə muqayisədə 1,7 faiz cox vəsait yonəldilmisdir.  Bu dovrdə bitkicilik məhsulları istehsalının 12,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,2 faiz artması nəticəsində kənd təsərrufatının umumi məhsulu uzrə artım tempi əvvəlki ilin yanvar-avqust ayları ilə muqayisədə 7,4 faiz təskil etmisdir.

2014-cu ilin səkkiz ayı ilə muqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 10,8 faiz, əmtəə dovriyyəsi 11,3 faiz, pullu xidmətlərin həcmi 6,2 faiz, xarici ticarət dovriyyəsinin həcmi 4,0 faiz, o cumlədən ixrac 2,7 faiz, idxal isə 7,7 faiz artmısdır.

Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin eyni dövrünün göstəricisini 12 faizədək üstələyərək 1 milyard 29 milyon dollar təşkil etmişdir. Beləliklə, ümumi ixracımızda qeyri-neft sektorundan ixracın xüsusi çəkisi keçən ilin müvafiq dövrü ilə müqaisədə 70%-dən çox artmışdır.

Yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2014-cu ilin eyni dovru ilə muqayisədə 4,1 faiz artaraq 458,9 manat təşkil etmişdir. 2015-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 5,9 faiz artaraq 26,7 milyard manata çatmışdır.

Əhalinin banklardakı əmanətlərinin manat ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə muqayisədə 9,6 faiz artaraq 2015-ci il avqust ayının 1-nə 7,6 milyard manat təşkil etmişdir”.

Fikrət Yusifov hesab edir ki, bütün bu göstəricilər Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq neftin qiymətlərinin dünya bazarlarında kəskin aşağı düşməsi fonunda çox dəqiq alternativ iqtisadi inkişaf  yolunu müəyyənləşdirdiyini gəstərir”.

 Aktual.az

Xəbər 1882 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR