Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

Mətbuatda Somalidə "Əş-Şəbab” terror qruplaşmasının törətdiyi dəhşətli əməllər haqqında qan donduran faktlar yayılıb.

Publika.az xəbər veri ki, əslən kenyalı Əli Salaman iki qardaşını axtarmaq məqsədilə Somaliyə gəlib. Burada iki dəhşətli faktın üstünü açıb. Birincisi, onun qardaşları "Əş-Şəbab” terror qruplaşmasına üzv olmaq üçün Somaliyə gəlib. İkincisi, burada qaçırılan qadınlar seks köləsi edilir.

Salaman qardaşlarını tapmaq üçün səssiz və gizli bir şəkildə fəaliyyət göstərməli idi. Əks halda, onu ciddi təhlükə gözləyirdi.

Araşdırma zamanı qardaşlıarı barədə heç bir məlumat öyrənə bilməyən Salaman terrorçuların əlindən qurtulan qadınlarla əlaqə yaradır və onların başlarına gətirilən dəhşətlər barədə öyrənir. Onun verdiyi məlumatda qadınların təhlükəsizliyini təmin etmək məqsədilə adları qeyd olunmayıb.

Qadınlardan biri danışır ki, onları bura yüksək maaşlı iş vədi ilə gətirmişdilər. Daha sonra zorla cinsi əlaqəyə məcbur ediblər. Əsasən, Mombasa bölgəsinin qadlnları bu işgəncələrə məruz qalıb. Hər axşam ən azı 2-3 kişi onlara təcavüz edib. Hamilə qalan qadınlara xüsusi diqqət göstəriblər. Onlar uşaqlarını dünyaya gətirdikdən sonra amansızcasına öldürülüb.

BBC-nin yayımladığı materiallarda doğulan uşaqların terror təşkilatına üzv kimi qatıldığı qeyd olunub. Qadınlar ağır cinsi təcavüzlərə dözməyib, ölürdülər. Təşkilatın üzvlərinin sayını artırmaq üçün isə qadınlara və onların doğacağı uşaqlara ehtiyac var idi.

Xəbər 1705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR