"Qızıl Məryəm"i öldürən qızının şikayəti təmin edilmədi


Ali Məhkəmədə anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onun tanışı Ceyhun Əsgərovbarələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Aktual.az Report-a istinadən bildirir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin şikayəti təmin edilməyib.
Qeyd edək ki, 2016-cı il yanvarın 5-də hüquq-mühafizə orqanları əməkdaşları Nəsimi rayonu ərazisində 1965-ci il təvəllüdlü Namet-zadən Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitini aşkar ediblər.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü G.Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 18 il, C.Əsgərov 19 və N.Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra G.Hüseynova ilə C.Əsgərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, qətlə yetirilən M.Namet-zadən Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı G.Hüseynova ailəsindən boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.
Xəbər 84 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR