Qənirə Paşayevadan Türkmən Eli harayı: Kərkükdə böyük fəlakət yaşanır

Qənirə Paşayevadan Türkmən Eli harayı:   Kərkükdə böyük fəlakət yaşanır

"Bu yazını hər kəs oxusun,yaysın və dəstək olsun". Bu çağırışla millət vəkili Qənirə Paşayeva çıxış edib.

Aktual.az  xəbər verir ki, Q.Paşayeva hazırda İraqda - Türkmən Elində yaşanan insanlıq dramı ilə bağlı hamıya çağırış edib:

- Dəyərli dostlar.Bir az öncə İraq Türkmən Cəbhəsi başqanı,millət vəkili qardaşımız Erşat Salihi ilə danışdım. Çox üzgün və kədərli idi. IŞİD terror təşkilatı tərəfindən Kərkükə bağlı və soydaşlarımızın yaşadığı Tazehurmatuya 50-yə yaxın xardal ve xlor qazı daşıyan roket atılması və bunun nəticəsində yaşanılan böyük fəlakət barədə danışdı. Bildirdi ki bu raket zərbələrindən bir neçə saat sonra qəsəbə xalqı pis qoxular hiss etməyə başlayıb və xəstəxanaya üz tutublar. Mütəxəsislər və xəstəxana münayəndələri hadisə yerinə gedərək araşdırma aparıblar və xardal və xlor qazı təspit ediblər və rəsmi sənədlər tərtib ediblər. Zəhərli qazdan 2600 soydaşımız yaralanıb və ya ciddi təsirə məruz qalıb. Onlardan 3-ü çocuq, biri qadın olmaqla 4 kişi həyatını itirib. İrak türkmanları bunu dünyaya duyurmağa çalışsa da səslərinə nə BMT-də nə də digər beynəlxalq təşkilatlarda ciddi dəstək verən yoxdur. Bu gün ağır yaralanan 15 xəstə təyyarə ilə Türkiyəyə götürülüb. Türkmən olduğumuz için kimsə, dünya, beynəlxalq təşkilatlar səsimizi duymur deyir Erşat Salihi. O qədər üzüldüm ki...

Orda bu acıları yaşayan bizim insanımızdır. Canı canımızdan, qanı qanımızdan. Ey türk dünyası və dünyanın hər yerində yaşayan türklər sizə səslənirəm. İraqdakı soydaşlarımızın səsini, onlara qarşı törədilən bu insanlıq əlehinə cinayətləri bütün dünyaya duyurmağa çalışaq,onların yanında olaq. Hər kəs özündən başlayaraq dəstək olmalıyıq və onların yanında olduğumuzu daha güclü hiss etdirməliyik.

Xəbər 609 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR