Qənirə Paşayeva Xatınlı kəndində seçicilərlə görüşüb

Qənirə Paşayeva Xatınlı kəndində seçicilərlə görüşüb

Qənirə Paşayeva Xatınlı kəndində seçicilərlə görüşdə ölkəmizin daha da güclənməsi üçün yorulmadan çalışmalı,onu daha da möhkəm qorumalıyıq deyib.

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, millət vəkili Qənirə Paşayeva rayonun Xatınlı kəndinin sakinləri ilə görüşüb. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım deyən Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin,o cümlədən Xatınlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib və həllini gözləyən problemlərdən də danışaraq ölkəmiz gücləndikcə yaxın illərdə onların da öz həllini tapacağına inandığını deyib. Seçicilər qarşısında çıxış edən Qənirə Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə məlumat verib. Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Xatınlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr nəticəsində Xatınlı kəndi də daxil olmaqla Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il artdığını bildirib: “Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Qənirə Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmkləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirmişdir. Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. O bildirib ki, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə "Azərsu"ASC-nin sədri Qorxmaz Hüseynov ilə müzakirə aparıb. "Azərsu" rəhbərinin kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup da göndərdiyini və məsələnin gələn il içərisində həllini tapacağını söylədiyini deyən Qənirə Paşayeva bu məsələni bundan sonra da daim diqqətdə saxlayaraq həllini tapması üçün əlindən gələni edəcəyini deyib. Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək kənddə yeni artezian quyularının saylarının daha da artmasına olan ehtiyac barədə onlarla müzakirələr apardığını və onların bu istiqamətdə gələn il də dəstəklərini davam etdirəcəklərinə dair söz verdiklərini vurğulayıb. Hər iki məsələni bir millət vəkili olaraq daim diqqətdə saxladığını deyən Qənirə Paşayeva yenidən onlarla bağlı "Azərsu" ASC və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərlikləri ilə müzakirə aparacağını, sakinlərin bu istiqamətdə fikir və təkliflərini yenə də onlara çatdıracağını deyib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Seçicilər millət vəkili Qənirə Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız deyərək uğurlar diləyiblər.

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR