Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb – FOTO

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb – FOTO

Millət vəkili Qənirə Paşayeva Antalyada Antalya Gazeteçiler Cəmiyyəti tərəfindən "Nuri Dağtekin Özel Ödülü"nə layiq görülüb.

 

Millət vəkili Q.Paşayevayaverilən mükafatı təqdim edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu millət vəkili Q.Paşayevanın Azərbaycan-Türkiyə münasibətləri, Türk Dünyası istiqamətində fəaliyyətini xüsusi qiymətləndirərək onu təbrik edib, uğurlar diləyib. Millət vəkili Q.Paşayeva səhhətində olan problemi ilə əlaqədar mükafatlandırma mərasimində iştirak edə bilməyib və mükafatı onun yerinə Türkiyədə yaşayan azərbaycanlı hüquqşünas Lalə Həsənova alıb və millət vəkili Q.Paşayevaya verilən mükafatı təqdim edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna və bütün təşkilatçılara millət vəkilinin təşəkkürünü bildirib.


 

Mükafatlandırma mərasiminin linkini burdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=NDO8YIsWYg0&feature=youtu.be

Xəbər 224 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR