Qənirə Paşayeva şəhid analarını və şəhid xanımları ilə görüşdü – FOTO

Qənirə Paşayeva şəhid analarını və şəhid xanımları ilə görüşdü – FOTO

Millət vəkili Q.Paşayeva "Zəfər" şəhid ailələrinə dəstək İB və Milli-mənəvi dəyərlərin təbliği fondunun təşkil etdiyi tədbirdə iştirak edib və çıxış edərək şəhid analarını və şəhid xanımlarını 8 mart - Beynəlxalq qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

 

O, şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütünməclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayevahər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili çıxışının sonunda inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və tədbirin sonunda hər kəs birlikdə gələcək bayramlarımızı birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyiblər.












Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR