Qənirə Paşayeva İstanbulda Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib – FOTO

Qənirə Paşayeva İstanbulda Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib – FOTO

İstanbulda ASEF (Əsassız erməni iddiaları ilə mübarizə federasiyası) və Türkiyə Azərbaycan platformasının təşkil etdiyi "Xocalı Soyqırımı və erməni məsələsi" adlı konfrans keçirilib.

 

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva konfransda Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib və Türk dünyasına, türk toplumlarına və Azərbaycan və türk diaspor təşkilatlarına çağırış səsləndirib.Xocalı Soyqırımı ortaq acımızdır deyən millət vəkili Q.Paşayeva bildirib ki, birlikdə bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq. Millət vəkili, Azərbaycan-TürkiyəParlamentlərarası Dostluq Qrupunun üzvü QənirəPaşayeva çıxışına Azərbaycanda ön cəbhədəişğalçı Ermənistanın təxribatlarına layiqli cavab verən zaman şəhid olan Azərbaycanəsgərləri, Türkiyədəterrorla mübarizədəşəhid olan insanlarımızın ruhu qarşısında başəyirəm deyə başlayıb vəterrora qarşı mübarizədəqardaş Türkiyənin yanındayıq deyib. QənirəPaşayeva Qarabağ dünyada yaşayan bütün azərbaycanlıların, türklərin vətənidir vətədbir iştirakçılarınınəksəriyyətinin Qarabağda olmamasına baxmayaraq, Qarabağın hər birimiz üçün doğma olduğunu qeyd edib: "Biz inanırıq ki, Ermənistanın işğal etdiyi gözəl Dağlıq Qarabağımız da, işğal altındakı digər o gözəl bölgələrimizin dəişğaldan azad olunacağı gün çox tezlikləgələcək vəbiz oranı ziyarət edəcəyik", – deyib. Q. Paşayeva qeyd edib ki, Qarabağın qədim tarixi var. Qarabağəsrlər boyu Azərbaycan vətürk tarixinin vəmədəniyyətinin beşiklərindən biri olub: "Hər bir Türk insanı Qarabağı hər gün yad etməli vəgələcək nəsillərəçatdırmalıdır.Hər birimiz Qarabağı sevməliyik, xatırlamalıyıq ki,o, işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət vətarixi abidələrimizi məhv edirlər vədünya buna göz yumur”. Dağlıq Qarabağ və ətraf bölgələrimizin 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında qalmasını sadəcəAzərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili QənirəPaşayeva bunları söyləyib: "Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, soyqırımlara bütün dünyanın gözü bağlıdır.Amma bu belədavam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizəvermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı iləəlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”. Millət vəkili QənirəPaşayeva çıxışında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinəimkan verməməsi barədə ətraflı məlumat da verib.O bildirib ki, harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir” – QənirəPaşayeva deyib. Millət vəkili QənirəPaşayeva Xocalı Soyqırımı həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinədaha geniş çatdırılmasında türk gənclərinin üzərinəböyük vəzifələr düşdüyünü bildirmişdir: "Harada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəsəylərini artırmalıdır.” Bu işdəböyüyən gəncliyin üzərinəböyük vəzifədüşdüyünü vurğulayan millət vəkili QənirəPaşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” vəHeydərƏliyevin "Azərbaycan vəTürkiyəbir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından vəyaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinətariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizəsahib çıxa bilsinlər”, – deyib. Millət vəkili QənirəPaşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədədaim qardaş Türkiyənin yanında olduğunu bildirib.O, deyib ki, "qondarma erməni soyqırımı”na qarşı mübarizəharada doğulmasından vəharada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri vəqondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətindədaha fəal mübarizəyəçağırıb vəsosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadəetməyin vacibliyini qeyd edib. "Azərbaycanın güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir”, – deyən millət vəkili QənirəPaşayeva hər iki dövlətin liderləri tərəfindən qoyulan irsin məhz bundan ibarət olduğunu bildirib."İnşallah gələn tədbiri birlik vəbərabərlik içindəişğaldan azad edəcəyimiz Qarabağda, Xankəndində, Şuşada, Xocalıda, Laçında vədigər o cənnət bölgələrimizdəqeyd edək”, – millət vəkili qeyd edib.

Tədbirin təşkilatçıları millət vəkili Q.Paşayevaya geniş məruzə üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Tədbirdə iştirak edən Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri prof.Dr. Kemal Çiçek, Giresun Universitetinin sabiq rektoru, Azərbaycan kökənli prof. Dr. Aygün Attar, Düzce Universitetindən Dr. Gökmen Kılıçoğlu və digər ziyalılar Xocalı Soyqırımı iləbağlı çıxış edərək gənc nəsillərimizin tarixi həqiqətləri daha geniş bilməsinin vədünyaya daha geniş yayılmasında fəallıqlarını artmasının vacibliyindən danışıblar.

Millət vəkili Q.Paşayevanın konfransda çıxış videosunun bir hissəsinin linkini burdan izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=4k1Hz-E-jng









Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR