Qənirə Paşayeva Hak-İş və Öz Orman sendikaları rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Hak-İş və Öz Orman sendikaları rəhbərləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Hak-İş və  Öz Orman sendikaları rəhbərləri ilə görüşdə Qarabağdan danışıb

Millət vəkili Qənirə Paşayeva qardaş Türkiyənın Hak-İş Baş direktor müavini, Öz Orman sendikasının baş direktoru Settar Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, geniş müzakirələr aparıb. Q.Paşayeva görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artırcaqlarına inandığını deyib. O, görüş zamanı Azərbaycan ilə Türkiyə dövlət və QHT-ləri arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnunedici olduğunu, bu məsələlərin vacibliyini qeyd edib. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan deputat Azərbaycanla Türkiyənin QHT-ləri arasında əməkdaşlığın daha da artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bu əməkdaşlığın önəmindən danışıb. Azərbaycanı sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən Settar Arslan və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri millət vəkili Q.Paşayevaya həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və geniş müzakirələr aparılıb.Görüşün sonunda Q.Paşayeva Hak-İş Baş direktor müavini, Öz Orman sendikasının baş direktoru Settar Arslanın rəhbərlik etidyi nümayəndə heyətinin üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar təqdim edib.
 
Aktual.az
Xəbər 214 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR