Qənirə Paşayeva Əskişəhər valisi ilə görüşüb

Qənirə Paşayeva Əskişəhər valisi ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Əskişəhər valisi ilə görüşdə bu vilayətdə Azərbaycan həqiqətlərinin daha geniş tanıdılması istiqamətində təkliflərlə çıxış edib.


Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Əskişəhərə səfəri zamanı Əskişəhər valisi Güngor Azim Tuna ilə görüşüb. Qənirə Paşayeva son günlər Türkiyədə terror hücümları, hadisələri zamanı şəhid olan insanlarımızın ailələrinə və qardaş Türkiyəyə başsağlığı verərək terrora qarşı mübarizədə qardaş Türkiyənin yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, bu cür əlaqələrin hər iki qardaş ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur”. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Qənirə Paşayeva Əskişəhər valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Əskişəhər arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Əskişəhərin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Əskişəhər valisi Güngor Azim Tunanı ölkəmizə dəvət edib.Əskişəhər valisi Güngor Azim Tuna da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib. Millət vəkili Q.Paşayeva görüşdə Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr barədə valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə Əskişəhər valisi Güngor Azim Tuna hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Əskişəhər valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.

Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR