Qəbir axtarmaq üçün mobil proqram yaradılacaq

Qəbir axtarmaq üçün mobil proqram yaradılacaq
  • DÜNYA

Rusiyanın Novosibirsk şəhərində məzarları axtarmaq üçün mobil proqram əlavəsi yaradılacaq.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Novosibirsk şəhər meriyasının sənaye, innovasiyalar və sahibkarlıq departamentinin sədr müavini Vitali Vituxin bildirib: "Ümid edirəm ki, bu ilin sonuna qədər şəhərimizin hər bir sakini internetə çıxışı olan cihazların köməyi ilə istənilən şəxsin məzarını asanlıqla tapa biləcək. İnsanların dəfn edildiyi yer ekranda əks olunacaq. Məzara aparan bütün yollar və cığırlar aydın görünəcək”.
"Ritual" adlanan layihənin dəyəri 1,2 milyon rubl həcmində hesablanıb. Məmurların sözlərinə görə, bu sistemin Rusiyada analoqu yoxdur.
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR