"Qəbələ" Vaqif Cavadovla da yollarını ayırdı

  • İDMAN

"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb.
Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb.
Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.
Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR