Qaynı ilə birləşib, ərini öldürüb tualetə atan qadın hamını belə aldatdı - TƏFƏRRÜAT

Qaynı ilə birləşib, ərini öldürüb tualetə atan qadın hamını belə aldatdı - TƏFƏRRÜAT

Qəbələdə törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Aktual.az Lent.az-
a istinadən xəbər verir ki, bir neçə gün əvvəl rayonun Tikanlı kəndində həyat yoldaşı və qardaşı tərəfindən öldürülərək kanalizasiya quyusunda basdırılan 32 yaşlı Dursun Rəfiyevin axtarışları ilkin olaraq Mingəçevirdə aparılıb. Belə ki, martın 25-də naməlum şəraitdə yoxa çıxan Dursun Rəfiyevin xanımı Vüsalə Məmmədşərifova ailə üzvlərinə onun işləmək üçün Mingəçevirə getdiyini deyib. Bu səbəbdən bir neçə gün sakitlik olub. Lakin Dursunla əlaqə saxlaya bilməyən atası narahat olmağa başlayıb və polisə onun itkin düşməsi ilə bağlı müraciət edib. Hüquq-mühafizə orqanları müəmmalı itkindüşmə ilə bağlı dərhal araşdırmalara başlayıb və özünü şübhəli aparan Vüsalə nəzarətə götürülüb. Çox keçmədən Vüsalənin qayını, 4 uşaq atası Vüsalla birgə həyat yoldaşını öldürdüyü məlum olub. Belə ki, onlar D.Rəfiyevin başına daşla vuraraq öldürdükdən sonra meyiti tualet quyusuna ataraq üstünü basdırıblar.

Bildirilir ki, D.Rəfiyevlə V.Məmmədşərifovanın izdivacından 2 övladları var. Qadının hansı səbəbdən ərini öldürməsi, Dursunun qardaşının bu cinayətin törədilməsində hansı formada maraqlı olması araşdırılır.

Qeyd edək ki, V.Məmmədşərifova və V.Rəfiyev saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
 
Aktual.az
Xəbər 817 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR