Qaxda insident: qohumunu ov tüfəngi ilə güllələdi

Qaxda insident: qohumunu ov tüfəngi ilə güllələdi

Qax sakini güllələnib, qohumu saxlanılıb.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR