"Qarabağdakı gərginlikdən narahatıq" – Alman səfir


Almaniya Qarabağ münaqişəsi zonası və Ermənistan - Azərbaycan sərhədində yaranan gərginlikdən narahatdır.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransı zamanı Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib.

Səfir qeyd edib ki, Almaniyanın ATƏT-də sədrlik etdiyi zaman prioritet məsələlərdən biri regional və dondurulmuş münaqişələrin həllidir: “Biz əminik ki, ATƏT-in Minsk qrupu münaqişə tərəflərinin danışıqları üçün yeganə formatdır”.

Səfir vurğulayıb ki, Almaniya ATƏT-in atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin tətbiq olunması təşəbbüsünü dəstəkləyir: “Siyasi iradəyə ehtiyacımız var. Ona görə tərəflər inamsızlığın aradan qaldırılması məqsədilə təxribatlardan çəkinməlidir”.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR