"Qarabağ" daha bir tarix yazdı: 1/8 finala yüksəldi!

  • İDMAN

Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gəlib.
Aktual.az xəbər verir ki,"Qarabağ" - "Braqa" matçı yerli vaxtla 21:45 start götürüb.
"Qarabağ" matçın 56-cı dəqiqəsində Elvin Cəfərquliyevin qırmızı vərəqə alması ilə azlıqda qaldı.
***
"Braqa" görüşün 70-ci dəqiqəsində Roje Fernandeşin qolu ilə hesabı açdı: 0-1.
***
"Braqa" görüşün 83-cü dəqiqəsində Djalonun qolu ilə fərqi artırdı: 0-2.
***
"Qarabağ" - "Braqa" matçının əsas vaxtı 0-2 bitdiyi üçün matçda qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılır.
***
"Qarabağ" 103-cü dəqiqədə Mateus Silvanın qolu ilə fərqi azaltdı: 1-2.
***
Banza 116-cı dəqiqədə penalti qolu ilə fərqi artırdı: 1-3.
***
Nəriman matçın 122-ci dəqiqəsində "Qarabağ"ın ikinci qolunu vurdu: 2-3.
***
"Qarabağ" - "Braqa" ilə matçda ümumi hesabda 6-5 qalib gələrək tarixində ilk dəfə növbəti mərhələyə - 1/8 finala yüksəldi.

Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR