"Qarabağ" bir gündə 2 oyun keçirəcək


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.
Aktual.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qurban Qurbanovun komandası 2-ci matçında "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19:30-da start götürəcək.
Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" klubuna 4 cavabsız qolla qalib gəlib.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR