Putinin dostu Azərbaycanda deputat seçilmək istəyir - ÖZƏL

Putinin dostu Azərbaycanda deputat seçilmək istəyir  - ÖZƏL

Bu il noyabrında keçiriləcək V çağırış parlament seçkilərində iştirak edəcək daha bir namizədin adı bəlli olub.

Aktual.az-a daxil olan məlumata görə, bu şəxs Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu, professor İlham Rəhimlidir.

Vladimir Putin Rusiya prezidenti seçilənə qədər Azərbaycanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan, eyni zamanda millət vəkili İlyas İsmayılovun rəhbəri olduğu Ədalət Partiyasında sədr müavini postunu tutan, son illərdə isə böyük biznes layihələrini həyata keçirən, professor İlham Rəhimli 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən gücünü sınamaq istəyir.

Xatırladaq ki, İlham Rəhimli Tovuz rayonunda anadan olub və rayonda böyük nüfuza malikdir. Vaxtilə ona rəhbərlik etmiş İlyas İsmayılovun yaşlanması səbəbindən seçkilərə qatılmaması İ.Rəhimlinin belə bir qərar verməsinə səbəb olub.

Aktual.az-ı məlumatlandıran mənbə İlham Rəhimlinin şanslarının yüksək olduğunu bildirir.

Sonda qeyd edək ki, İlham Rəhimli 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak etsə də, uğur qazana bilməyib.

Adnan/Aktual.az

Xəbər 8591 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR