Putinin andiçmə mərasimi bu saatda başlayacaq

Putinin andiçmə mərasimi bu saatda başlayacaq

Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.
Aktual.az  xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.
Prezidentin andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi gözlənilir. Həmin andan Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.
Andiçmə mərasimi yerli telekanallar tərəfindən canlı yayımlanacaq.
Qeyd edək ki, bu, Putinin siyasi karyerasında 5-ci andiçmə mərasimi olacaq.
Xatırladaq ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.
Xəbər 89 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR