Putindən sərt sözlər: "Türkiyə radikal islamçıları dəstəkləyir"

Putindən sərt sözlər:
  • DÜNYA

Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi açıqlamada növbəti dəfə Türkiyənin rus bombardmançısını vurması hadisəsinə toxunub.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, Putin bir də belə bir hadisə baş verərsə, mütləq cavab verəcəklərini bəyan edib.

Bu gün səhər saatlarında müdafiə naziri Sergey Şoyqu ile toplantı keçirən Rusiya prezidenti SU-24-ün vurulmasından sonra lazım olan bütün tədbirləri gördüklərini deyib: “Təyyarəmizin vurulmasından sonra yeni olayların yaşana biləcəyini gözardı etməməliyik. Bənzər hadisə bir daha qeydə alınsa, mütləq cavab verəcəyik. Dünən Suriyadakı əməliyyatlarımız zamanı uçuş təhlükəsizliyinin lazımınca təmin edilmədiyini gördük. Müdafiə Nazirliyi ilə bu məsələni səhərədək müzakirə etdik. Suriyadakı hərbi bazamızda S-300 raketləri yerləşdiriləcək. Bu addım və görəcəyimiz digər tədbirlər uçuş təhlükəsizliyinin təmin edilməsində həlledici olacaq”.

Vladimir Putin Rusiya vətəndaşlarının Türkiyəyə getməməsi ilə bağlı çağırışlara qoşulduğunu deyib və səyahətlərin təxirə salınmasını qanunauyğunluq adlandırıb.

Putin Türkiyə rəhbərliyini ölkəni qəsdən islamlaşdırma yolu tutduğunu da əlavə edib: “İslam böyük bir dünya dinidir. Məsələ tək bizim dünən yaşadığımız faciəvi hadisə ilə bağlı deyil. Türkiyə hakimiyyəti bütün dünyanın gözü qarşısında ölkə daxilində islamlaşdırma siyasəti həyata keçirir. Biz də İslamı dəstəkləyirik. Amma Türkiyədə radikal islamçılığın dəstəklənməsi narahatlıq doğurur”.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR