Putin və Ərdoğan razılaşdı: Təkbətək görüş olacaq

Putin və Ərdoğan razılaşdı:   Təkbətək görüş olacaq

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan təkbətək görüş keçirmək barədə razılığa gəlib.

AzVision.az Rusiya KİGV-nə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Administrasiyası hər iki liderin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirilir.

Lakin təkbətək görüşün harada və nə vaxt keçiriləcəyi açıqlanmır.

Putinlə telefon danışığı zamanı Türkiyə prezidenti Rusiya ilə əlaqələrin normallaşdırılmasının vacibliyini vurğulayıb.

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd olunub ki, Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR