Putin: “Mən bəy, gəlin yox, prezidentəm”

Putin: “Mən bəy, gəlin yox, prezidentəm”
  • DÜNYA

“Vladimir Putin heç vaxt dəyişməyib və özünü gənc hiss edir”


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Almaniyanın Bild qəzetinə müsahibəsi zamanı deyib.

Müsahibə zamanı jurnalist RF prezidentinə 2007-ci ilə kimi ABŞ ilə həmrəylikdən danışan və Şröderin dostu olan gənc Putinin daha sonra başqa Putinlə əvəzlənməsi ilə bağlı fikirlər olduğunu deyib.

V.Putin bu fikrə cavab olaraq heç vaxt dəyişmədiyini deyib: “Öncə onu deyim ki, mən bu gün də özümü gənc hiss edirəm. Mən Şröderin dostu olmuşam, indi də Şröderin dostu olaraq qalıram. Heç nə dəyişməyib”.

Alman jurnalistin “əvvəlki Putini nə zaman geri alacağıq?” sualına cavab olaraq Putin özünəməxsus şəkildə cavab verib: “Mən dost, gəlin, bəy yox, Rusiya Federasiyasının prezidentiyəm”.
Bundan sonra V. Putin qeyd edib ki, onun əsas vəzifəsi 146 milyon rusun maraqlarının qorunmasıdır.

Rusiya prezidenti bildirib ki, dünyada birgə həll olunmalı bir sıra məsələlər var: “Bu problemlər sırasında beynəlxalq terrorizm, ekoloji problemlər, insan alveri və s. var. Lakin bu o demək deyil ki, Rusiya hər dəfə bu problemlərin həlli məsələsində öz qərbli tərəfdaşları ilə razılaşmalıdır. Əgər bizim mövqeyimiz kiminsə xoşuna gəlmirsə, bizi hər dəfə düşmən elan etmək heç də ən yaxşı üsul deyil. Bəlkə hərdən qulaq asmaq, tənqidi yanaşmayla yenidən düşünmək, nədəsə razılaşmaq və ümumi qərarlar axtarmaq daha yaxşı olar?”

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR