Pulları oğurlanan rektor - Eldar Mahmudova görə Bakıdan qaçıb

Pulları oğurlanan rektor  - Eldar Mahmudova görə Bakıdan qaçıb

“Odlar Yurdu” Universitetinin təsisçisi və rektoru, Milli Məclisin sabiq üzvü Əhməd Vəliyevin ölkədən qaçması ilə bağlı xəbərlər yayılıb. Sabiq deputatın "MTN işi" ilə bağlı ölkədən qaçdığı bildirilir.

Amma Modern.az saytına açıqlama verən Əhməd Vəliyev bildirib ki, hazırda Bakıda, öz işinin başındadır.

“Mən hazırda öz iş yerimdəyəm. Universitetdə imtahanlar gedir, onlarla məşğulam. Bəzi mətbuat orqanlarına demək istəyirəm ki, onlar sifarişi yerinə yetirməklə özlərini biabr edirlər”.

Son vaxtlar Bakıdan çıxmadığını deyən rektor bildirib ki, onun haqqında deyilənlər şər, böhtan, iftiradır.

“Mən ümumiyyətlə Bakıdan çıxmamışam, paytaxtdayam. O xəbəri yayanlara cavab verməyi özümə lüzum görmürəm”.

Qeyd edək ki, sabiq deputatın keçmiş MTN şefi Eldar Mahmudovla dostluq münasibətlərinin olduğu və bu səbədən ölkədən qaçdığı bildirilib.

// Aktual.az

Xəbər 4168 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR