Prezident İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü çərçivəsində Azərbaycan liderinə "İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.
Aktual.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.
Dövlət başçısına vəsiqəni Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev təqdim edib.
Xəbər 46 dəfə oxunub.