Prezident: "Gəncədəki terror aktları dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir" - VİDEO - YENİLƏNİB

Prezident:

 "Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncə şəhərinin icra başçısı da var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirik".

Aktual.az xəbər verir ki, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlət başçısı qeyd edib ki, bu cinayəti törədən terrorçu qruplaşma sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törədilib.
Bu terror aktları dini şuarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh və dini mərhəmət dinidir.
Azərbaycan dövlət və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir". 
 

 


Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR