"Bu gün ciddiliyini itirmiş insanlara, Azətrbaycanın düşmənlərinə ən layiqli cavab güclü iqtisadiyyat, güclü dövlət qurmaqdır. Onun üçün həım də dövlət vəsaitləri səmərəli istifadə olunmaldır ki, burda həm Milli Məclisin, həm də Hesablama Palatasının da məsuliyyəti var. Hesablama Palatasının sədrinin hesabatına diqqətlə qulaq asdıq. 31 uyğunluq auditi keçirilib. Büdcə qanunvericiliyinin pozulması ilə bağlı nöqsanlara 27 auditdə rast gəlinib. Büdcə vəsaitlərinin idarə edilməsi ilə bağlı nöqsanlar 23 auditdə, dövlət satınalmaları sahəsində nöqsanlara 27 auditdə rast gəlinib. Əsaslı vəsait qoyuluşu ilə bağlı nöqsanlar 13 auditdə müəyyən edilib. Ümumuilikdə isə maliyyə pozuntularının məbləği 560,5 milyon manat olub”.
Aktual.az Xalqcəbhəsi.az-a istinadən xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, əslində Hesablama Palatasının açıqladığı rəqəmlər onu göstərir ki, ölkədə maliyyə intizamı ilə bağlı vəziyyət çox acınacaqlıdır:
"Hesablama Palatasına minnətdaram ki, onlar real vəziyyət haqqında Milli Məclisə məlumat verirlər. Amma sonda Hesablama Palatasınını verdiyi hesabatı qənaətbəxş sayacağıq və bununla da işimiz sanki bitmiş hesab olunacaq. Misal üçün, bir müddət öncə mətbuatda rast gəlmişdim ki, Amerika Birləşmiş Ştatlarının tikdirdiyi bir məktəb tutaq ki, bizim Təhsil Nazirliyinin tikdirdiyi məktəbdən 3 dəfə ucuz başa gəlib. Yəni bu Hesablama Palatasının üzvlərini də narahat eləməlidir. "Hesablama palatası haqqında” qanunun 8.0.4-cü maddəsində qeyd olunur ki, "kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə Hesablama Palatası daxil olur, maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır”. Hesab edirəm ki, bu yetərlidir ki, hansısa mərkəzi icra hakimiyyəti orqanları dövlət orqanları nəsə sifariş edirsə və hansı özəl şirkət bu işdə iştirak edirsə, həmin özəl şirkətin də fəaliyyət yoxlanılsın. Yəni bunu yoxlamadan nöqsanların miqyasını aşkara çıxarmaq mükün deyil. Biz, bilirik ki, əgər həmin özəl şirkətlər də yoxlansa, bəlli olacaq ki, dövlət orqanı onların hesabına pul köçürəndən qısa müddət sonra müəyyən hesablara həmin şirkətdən pul ödənilir və şirkət tərəfindən həmin pullar böyük məbləğdə nağdlaşdırılır. Bu korrupsiya mexanizmini aşkara çıxarmasaq büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edə bilməyəcəyik. İndi hörmətli Hesablama Palatasının sədri Vüqar Gülməmmədov desə ki, bizim buna səlahiyyətimiz yoxdur, qanunun bu maddəsi o cür başa düşülməməlidir - onda ən azı təklif verilməli idi ki, biz, qanunda bu dəyişikliyi edək. Amma qeyd elədiyim ki, 8.0.4-cü maddədə bu öz əksini tapıb. Amma bizə təqdim olunan hesabatlarda bu kimi araşdırmaların aparılmasına rast gəlməmişik. Mən, təklif edirəm ki, bizdə əslində Nazirlər Kabinetinin Milli Məclisə hesabat verməsi konstitusiyada nəzərdə tutulmayıb. Konstitusiya qanununda Nazirlər Kabinetinə etimad məsələsinin həlli ilə bağlı hesabatın verilməsi nəzərdə tutlur. O da konstitusiyanın əsas mətninə ziddir. Etimad məsələsi tamam başqa məsələdir. Orada artıq etimadsızlıq göstərilirsə onda hökumət istefaya göndərilməldiir. Bizdə də etimad məsələsi heç vaxt parlamentdə müzakirə olunmayıb. Etimad məsələləri siyasi böhran yarananda, iqtisadiyyatda ciddi tənəzzül baş verəndə və başqa hallarda müzakirəyə çıxarılır. Konstitusiyanın 95-ci maddəsinin 5-ci hissəsində qeyd olunur ki, Milli Məclis büdcənin icrasıns nəzarət edir. Amma biz, büdcəyə nəzarət haqqında qanun qəbul eləməmişik, büdcənin icrası haqqında qanun qəbul ediri.Sanki büdcənin icrası ilə bağlı hökumət hesabat verir, biz də həmin hesabatdan sonra qərar qəbul edirik. Ona görə hesab edirəm ki, büdcəyə nəzarət haqqında qanun qəbul olunmalı, orada mexanizmlər yaradılmalıdır. Büdcəyə nəzarət üzrə Milli Məclisin müvafiq komitəsi yaradılmalıdır. Yəni Milli Məclis büdcə vəsaitlərindən səmərəli istifadəyə ciddi şəkildə nəzarət etməlidir”.
Qüdrət Həsənquliyev həmçinin Milli Məclisin İtqisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin səsləndirilən fikirlərə etirazına cavab verib:
"Mən Tahir müəllimin etirazını başa düşmədim. Əgər 37 auditdən 27-ndə büdcə qanunvericiliyinin pozulması aşkarlanıbsa, deyim ki maliyyə intizamı yaxşı vəziyyətdədir? Bunu necə demək olar? 31 auditdən 27-də ciddi nöqsanlar aşkar olunub və yarım milyard manat oğurlanıb. Bunun da yüz milyonu geri qaytarılır. Ona görə də, etiraz edəndə də gərək ədalətli olmağa çalışasınız”.
Xəbər 835 dəfə oxunub.