Politoloq: “Mühafizə orqanları bütün təxribatlara sinə gəlməyə qadirdir” AÇIQLAMA

Politoloq: “Mühafizə orqanları bütün təxribatlara sinə gəlməyə qadirdir”   AÇIQLAMA

“Bütün dünya ölkələri Azərbaycanda olan tolerantlığın, multikulturalizmin digər ölkələrdə də olmasını arzulayırlar. Ona görə ki, ölkəmizdə bütün dinlərə eyni münasibət və qayğı var. Baxmayaraq ki, Azərbaycanda əhalinin 90 faizindən çoxu müsəlmandır və İslam dininə sitayiş edir. Bütün bu dünyəvi siyasəti bəzi ölkələr və beynəlxalq dairələr qısqanclıqla qarşılayır və həzm edə bilmirlər”.
Aktual.az SİA-ya istinadən xəbər verir ki, bunu politoloq Ramiz Alıyev Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslərin hərəkətlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə İslam dininə sitayişdə digər bəzi ölkələrdə olduğu kimi, fanatikcəsinə deyil, əsl İslama yaraşar formada ibadət olunur: “İbadət və müqəddəs yerlər ölkə rəhbərliyi səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Ancaq təəssüflər olsun ki, xaricdən idarə olunan bəzi radikal-ekstremist qüvvələr bütün bu tolerant siyasəti həzm edə bilmir və ölkədə qarışıqlıq yaradıb məqsədlərinə çatmağa çalışırlar. “İŞİD”ə qoşulmaq üçün buradan adamlar göndərməklə, digər ölkələrdə olan din xadimlərinə sitayiş etməklə İslam dininə sadiq olduqlarını insanlara göstərmək istəyən bu qrup insanlar anlamır ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları olduqca güclü və bütün təxribatlara sinə gəlməyə qadirdir”.

R.Alıyev əlavə edib ki, ölkəmizdə olan bütün inanclı insanlar həmin radikal-ekstremist qruplara və onlara qoşulanlara öz qəti etirazını bildirməlidirlər: “Məhkəmə tərəfindən də hansı qərar qəbul olunacaqsa, o qərarı dəstəkləməliyik”.

Aktual.az

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR