Polis etiraz edən şiələrə atəş açdı - Bəhreyndə

Polis etiraz edən şiələrə atəş açdı   - Bəhreyndə
  • DÜNYA

Bəhreyndə şiələrin təşkil etdiyi etiraz aksiyası polislə toqquşma ilə nəticələnib.

Aktual.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə FransPress agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Qarşıdurma paytaxt Manamanın ətrafında başlayıb. Agentlik bildirir ki, polis gözyaşardıcı qazdan, etirazçılar isə yandırıcı maddələrlə doldurulmuş butulkalardan istifadə edib.

Xatırladaq ki, Bəhreyndəki etirazlar şənbə günü Səudiyyə Ərəbistanında aralarında “Əl-Qaidə”nin Səudiyyə qanadının lideri Faris əz-Zəhrani və şiə din xadimi ən-Nimrin də olduğu 47 nəfərin edam edilməsindən sonra başlayıb. 

Aktual.az

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR