Polis 11 tüfəng və 198 patron aşkarladı

Polis 11 tüfəng və 198 patron aşkarladı

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.
Aktual.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər nəticəsində 11 tüfəng və 198 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması və qarşısının alınması məqsədilə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR