2025-ci ildə Azərbaycanda 18 yaşadək analar tərəfindən 877 uşaq dünyaya gətirilib.
Aktual.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, həmin uşaqların 308-i şəhər, 569-u isə kənd yerlərində doğulub.
18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqlar ölkə üzrə bütün doğulanların 0,9 faizini təşkil edib. Bu göstərici şəhər yerlərində 0,7 faiz, kənd yerlərində isə 1,1 faiz olub. 2024-cü ildə 18 yaşadək analar tərəfindən 1279 uşaq dünyaya gətirilmişdi. Onların 401-i şəhər, 878-i kənd yerlərinin payına düşmüşdü. Beləliklə, 2025-ci ildə bu kateqoriya üzrə doğulan uşaqların sayı əvvəlki illə müqayisədə 402 nəfər azalıb.
Statistikaya əsasən, 2000-ci ildə 18 yaşadək analar tərəfindən 1864, 2005-ci ildə 2743, 2010-cu ildə 4103, 2011-ci ildə 4392 uşaq doğulub. Cədvəldə təqdim olunan 2000–2025-ci illər üzrə ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb.
Sonrakı illərdə göstərici əsasən azalma istiqamətində dəyişib. Belə ki, 2015-ci ildə 2895, 2020-ci ildə 1917, 2021-ci ildə 1650, 2022-ci ildə 2011, 2023-cü ildə 1742, 2024-cü ildə 1279, 2025-ci ildə isə 877 uşaq 18 yaşadək analar tərəfindən dünyaya gətirilib.
Xəbər 33 dəfə oxunub.