PKK-nı dəstəkləyən 19 ölkə — SİYAHI

PKK-nı dəstəkləyən 19 ölkə   — SİYAHI
  • DÜNYA

Türkiyə xüsusi xidmət orqanlarına yaxın mənbələrdən mətbuata sızan məxfi məlumatlarda PKK terror təşkilatını dəstəkləyən 19 ölkə haqqında məlumat dərc edilib.

Aktual.az Ölkə.az-a istinadən  xəbər verir ki, siyahıda adları çəkilən ölkələrin PKK ilə hansı əlaqələrinin olduğu türk kəşfiyyatı tərəfindən sübut edilib.

Rusiya

Məlumata görə, PKK-nı quran bu ölkə Yenil ildə terror təşkilatına Sam raketləri və mobil RPG raketatan qurğuları hədiyyə edib. Bundan başqa Rusiyanın PKK-yə 60 mm-lik minomyotlar və külli miqdarda sursat verdiyi haqda informasiya da materialda yer alıb.

İngiltərə

Krallığın Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarələri paraşütlərlə PKK-ya silah, ərzaq və digər döyüş ləvazimatları atırlar. Son əməliyyatlarda PKK-nın istifadə etdiyi sui-qəsd silahlarının bir çoxunun İngiltərə istehsalı olduğu da üzə çıxıb.

Almaniya

Almaniyanın PKK-ya kəşfiyyat məlumatları ötürdüyü bildirilir. Bundan başqa alman kəşfiyyatçıları PKK terrorçularına siyasi dərs də keçirlər.

ABŞ

Silahların seriya nömrələrini silan Birləşmiş Ştatlar hərbi kəşfiyyatı bu silahları öz təyyarələrindən PKK düşərgələrinin yaxınlığına atır. Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçulardan ələ keçirdiyi silahlar arasında ABŞ silahları da aşkar edilib.

İtaliya

Kəşfiyyatın məlumatına görə, PKK-nın istifadə etdiyi minalar və partlayıcı maddələrin 60%-dən çoxu İtaliya istehsalıdır. PKK-nın İtaliyadakı qolu bu minaları gizli yolla alaraq öz kanalları ilə dağlardakı terror düşərgələrinə göndərir.

Çin

Çin PKK-nın istifadə etdiyi "Kalaşnikov" avtomatlarının əsas tədarükçülərindən biridir. Rusiyadan sonra Çin PKK-ya ən çox silah verən ölkədir.

İspaniya

İspaniya kəşfiyyatının nəzarətində olan solçu terrorçular PKK-ya təlim keçir, onların ideoloji hazırlığı ilə məşğul olurlar.

İsrail

İsrail PKK-ya seriya nömrələri silinmiş müxtəlif silahlar verir. Öldürülmüş PKK-çıların üzərindən çıxan silahlar bunu sübut edir.

Çexiya

PKK-nın əlindəki tapançaların böyük bir hissəsinin Çexiya istehsalı olduğu müəyyən edilib.

Suriya

PKK-nın ən iri düşərgələrinin yerləşdiyi Suriyada rejim bu terror təşkilatına Türkiyəni zəiflətmək üçün əlindən gələn köməyi edir.

İraq

İraq hakimiyyəti son illər Türkiyənin bölgədəki hegimonluğunu zəiflətmək üçün PKK-ya başda kəşfiyyat məlumatları olmaqla bir çox dəstəyi göstərir. Hətta Türkiyənin Şimali İraqdakı düşərgələri bombalamasından sonra bəzi PKK liderlərinin Bağdadda sığınacaq tapdığı, bombardmanlardan sonra isə geri döndükləri bildirilir.

Ermənistan

PKK terrorçularının İraq və Suriyadan sonra ən böyük düşərgələrinin Ermənistanda olduğu, habelə erməni banklarında PKK-nın hesablarının olduğu türk kəşfiyyatının araşdırmaları nəticəsində müəyyən edilib.

Hollandiya

Hollandiyanın bəzi fondları PKK-ya maliyyə dəstəyi və siyasi təlim verməklə məşğuldurlar.

Belçika

Türkiyədən qaçan, Türkiyə tərəfindən axtarışda olan PKK terrorçularının əksəriyyətinin Belçikada gizləndiyi deyilir.

İsveçrə

PKK-ya lojist və maliyyə dəstəyi verir.

Yunanıstan

Yunanıstan da Türkiyəni zəiflətmək üçün PKK terroruna əlindən gələn dəstəyi verməkdədir. Bu ölkədə də PKK-nın gizli qərargahlarının olduğu məlumatları var.

Fransa

PKK-ya siyasi və maliyyə dəstəyi verən ölkələr sırasındadır. Hazırda Fransa ərazisində onlarla PKK terrorçusunun gizləndiyi məlumdur.

Danimarka

PKK-nın əsas orqanlarının Danimarkadan yayımlandığı bildirilir. ROJ TV-nin Danimarkada bağlanmasına baxmayaraq bir çox PKK elektron media orqanının Danimarkada yerləşdiyi haqda sübutlar var.

Serbiya

Serblər ilə PKK terrorçularını birləşdirən türk düşmənliyi Serbiyanı bu terror təşkilatının əsas dəstəkçilərindən birinə çevirir. Hətta PKK sıralarında serb terrorçularının olduğu haqda da məlumatlar var.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR