Peskov: "Qarabağın kimə məxsus olduğu BMT qətnamələrində öz əksini tapıb"

Peskov:

"Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.
Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: "Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".
Qeyd edək ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.
Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib.
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR