Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.
Aktual.az Ölkə.az-a istinadla xəbər verir ki, "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan "Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.
Köçürülməsi prosesinin qiymətləndirilməsi "İqlimLTD” MMC-yə tapşırılıb.
Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək.
Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı olduğu ehtimal olunur.
Xəbər 68 dəfə oxunub.