Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı

Paşinyanın istefasını tələb edən general işdən çıxarıldı

Ermənistan prezidenti Armen Sarkisian general Qriqori Xaçaturovun 3-cü ordu korpusunun komandiri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Aktual.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qriqori Xaçaturovu Cermukdakı hərbi hissəsinin komandiri, polkovnik Geqam Martirosyan əvəz edəcək.

Qeyd edək ki, Q. Xaçaturov bu ilin fevralında Baş Qərargahın Baş Nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək, Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR